Təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinin yuyulması və deqazasiya edilməsi
Washing and degassing of vehicles that transport dangerous goods
Təhlükəli yüklərin daşınması zamanı yaranmış mexaniki çöküntülər, çirklər, mayeləşdirilmiş qaz daşınması zamanı pirofor çöküntülər, ayrı-ayrı düyünlərin normal işləməsinə mane olur, alışma, yanma, partlayış təhlükəsi yaradır. Əsas hədəf kimi təhlükəni aradan qaldırmaq üçün dövrü olaraq təhlükəli yükləri daşıyan çənləri yuma-deqazasiya, buxarla emal, çən daxili səthlərə baxış keçirilməsi mümkün qüsurların aşkar edilməsi üçün vacib şərtlərdir. İnstitut tərəfindən qüsurların aşkar edilməsi üçün təhlükəli yük daşıyan çənlərdə texniki müayinə aparılır. Yuma-deqazasiya işləri aşağıdakı hallarda aparılır:
- Özlülüyü yuxarı olan neft məhsulları şəffaf neft məhsullarına dəyişdirildikdə;
- Daşınan şəffaf neft məhsullarının biri digəri ilə əvəz olunduqda;
- Texniki Şəhadətnamə alınması üçün texniki müayinə aparıldıqda;
- Çənin özündə və yaxud dəstləşdirici düyünlərdə təmir bərpa işləri aparıldıqda.