İş yerlərinin attestasiyası
Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası
Radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyası
Əməyin təhlükəsizliyi idarəetmə sisteminin əsasını hər bir iş yerində işçilərə mənfi təsir göstərən zərərli və təhlükəli istehsalat amillərinin aşkarlanmsı məqsədilə əmək şəraitinin qiymətləndirilməsi təşkil edir.
Bunun üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 nömrəli “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarına əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən müəssisə və təşkilatlarda mövcud olan bütün iş yerləri 5 ildə bir dəfədən az olmayaraq əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi nəzərdə tutulmuşdur.
Ölkədə fəaliyyət göstərən yerli və xarici, o cümlədən qapalı və açıq sənaye sahələrində iş yerlərinin attestasiyasının keçirilməsi işləri ilə məşğul olan, akkreditasiya olunmuş Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyası peşəkar kadrların, müasir, beynəlxalq tələblərə cavab verən cihaz və avadanlıqların köməkliyi ilə təhlükəli, zərərli istehsalat amillərinin ölçülməsi, əmək prosesinin ağırlığı və gərginlik göstəricilərinin müəyyən olunması sahəsində yüksək səviyyədə fəaliyyət göstərməkdədir.