Müxtəlif tipli vışkaların (qazma, istismar, teleskopik, dor) dağıdıcı olmayan üsulla sınağı

Müxtəlif tipli vışkaların (dor (eklips), istismar vışkaları, qazıma vışkaları və qaldırıcı qurğu) təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınanması İnstitutun mütəxəssisləri tərəfindən alınmış patentlə müdafiə olunmuş təkmil bir üsul kimi, əvvəlki dağıdıcı üsuldan fərqli olaraq çox böyük səmərə verir. Aparılan metodiki təkmilləşdirmələr nəticəsində bu sınaq üsulunun müxtəlif tipli vışkalara və səyyar qurğular üzərində quraşdırılmış dorlara da tətbiq olunması mümkün olmuşdur.

Təhlükə potensiallı obyektlərdə sınaq və diaqnostika işlərinin aparılması qəza hadisələrinin qarşısının alınmasında mühüm aspektlərdəndir.

Təhlükə potensiallı obyektlərdə sınaq işləri aparılaraq istismar olunan avadanlıqların işqabiliyyətliliyi yoxlanılır, bir çox avadanlıqların qalıq resursu müəyyən olunur, yararsız avadanlıqların istismarının qadağan olunması üçün müvafiq tövsiyələr verilir.

Paylaş: