Texniki təhlükəsizlik ekspertizası
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununa əsasən texniki təhlükəsizlik ekspertizası aşağıdakılara şamil olunur:
1.təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə;
2.təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara;
3.təhlükə potensiallı obyektdəki bina və tikililərə
4.texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə.
Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizası Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.