Təhlükəsizlik bəyannamələrinin (hidrotexniki qurğular) və texniki təhlükəsizlik bəyannamələrinin (təhlükə potensiallı obyektlər) işlənilməsində texniki yardımın göstərilməsi

Azərbaycan Respublikası “Texniki təhlükəsizlik haqqında” qanunun 15-ci maddəsinə uyğun olaraq hər bir təhlükə potensiallı obyekt üzrə Texniki Təhlükəsizlik Bəyannaməsi işlənilməli və müvafiq qurumlarla razılaşdırılmalıdır. Texniki təhlükəsizlik bəyannaməsi təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədləri əsasında hazırlanır və obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq olunur. Texniki təhlükəsizlik bəyannamələrinin tələblərinin yerinə yetirilməsi baş verə biləcək qəza hadisələrinin, digər texnogen hadisələrin qarşısının alınmasında mühüm rol oynayır.
İnstitutun mütəxəssisləri təhlükə potensiallı obyektlərin texniki təhlükəsizlik bəyannamələrinin işlənilməsində zəruri məsləhətlər verir və onların işlənilməsində texniki yardım göstərirlər.

Paylaş: