Təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin mütəxəssisləri və işçiləri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası normaları və qaydaları üzrə təlim kurslarının təşkili;

Təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin mütəxəssisləri və işçiləri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası normaları və qaydaları üzrə təlim kurslarının təşkili;

Tədris prosesində təhlükə potensiallı avadanlıqların hazırlanması, quraşdırılması, sazlanması, təmiri, yenidən qurulması və istismarı ilə bağlı işlərin həyata keçirilməsi zamanı zəruri olan əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri tədrisdə iştirak edənlərin diqqətinə çatdırılır. 2020-ci ildən etibarən təlim işləri pandemiya şəraitini nəzərə alaraq onlayn şəkildə də davam etdirilmişdir.
Təşkil edilmiş tədris kursları təhlükə potensiallı avadanlıqları istismar edən müxtəlif peşə istiqamətləri, xilasetmə və sənaye təhlükəsizliyi istiqamətləri ilə yanaşı Föqəladə Hallar Nazirliyinin strukturunda yaradılmış Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və qaydalarının öyrədilməsini də əhatə edir. Ümumilikdə İnstitutda 58 istiqamətdə təlim və tədris kursları təşkil edilmiş və hal-hazırda kursların əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində işlər aparılmaqdadır.

Paylaş: