Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğu və avadanlıqlarda dağıdıcı olmayan üsulla diaqnostika işləri (maqnit tozu üsulu, ultrasəs üsulu , nüfuzedici mayelər üsulu və vizual nəzarət üsulu)
Təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqların istismarı zamanı yaranan, həmçinin istismar müddəti keçdikdən sonra iş qabiliyyətinin müəyyən olunması zamanı qüsurların aşkar edilməsi məqsədilə vizual və ölçmə nəzarəti, maqnit-toz, nüfuzedici mayelər, burulğanlı cərəyan, ultrasəs və flüoresentli (ultrabənövşəyi şüalarla) maqnit-toz üsulları ilə defektoskopiya işləri aparılır. Sözügedən işlərinin aparılması APİ, ASME, ASİME, ГОСТ standartlarının tələblərinə uyğun olaraq, beynəlxalq sertifikatlara layiq görülmüş mütəxəssislər tərəfindən yerinə yetirilir. Qüsurların aşkarlanmasında müasir tələblərə cavab verə bilən cihazlardan istifadə olunur.