Yuma-deqazasiya işləri nə üçün lazımdır?

21 Sentyabr, 2024
Yuma-deqazasiya işləri nə üçün lazımdır?

Təhlükəli yüklərin daşınması zamanı yaranmış mexaniki çöküntülər, çirklər, maye qaz daşınması zamanı pirofor çöküntülər, ayrı-ayrı düyünlərin normal işləməsinə mane olur və alışma, yanma, partlayış təhlükəsi yaradır.

Təhlükəni aradan qaldırmaq üçün dövrü olaraq təhlükəli yükləri daşıyan çənləri yumaq, buxarla emal etmək, çəndaxili səthlərə vizual baxış keçirmək, mümkün qüsurların aşkar edilməsi üçün texniki müayinənin aparılması olduqca vacibdir.

 

Yuma-deqazasiya işləri hansı hallarda zəruridir?

 

1.Özlülüyü yuxarı olan neft məhsulları şəffaf neft məhsulları ilə dəyişdirildikdə;

 

2.Daşınan şəffaf neft məhsullarının biri digəri ilə əvəz olunduqda;

 

3.Avtoçənə texniki şəhadətnamə verilməsi zamanı texniki müayinə aparıldıqda;

 

4.Çənin özündə və yaxud dəstləşdirici düyünlərinə təmir-bərpa işləri aparıldıqda;

 

Əsas Hədəf

 

Təhlükəli yüklərin (neft məhsulları) və mayeləşdirilmiş təbii qazın daşınmasında təhlükəsizlik normalarının təmin olunması üçün yuma-deqazasiya və texniki müayinə işlərinin aparılması!

 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən sənaye obyektlərində yeni texnologiyaların tətbiqi zamanı nəzarət fəaliyyətinin səmərəliliyinin artırılması, təhlükə törədə biləcək halların qabaqcadan proqnozlaşdırılması, profilaktik tədbirlərin görülməsi istiqamətində ardıcıl işlər görülür.

Paylaş: