İnstitutun mühüm vəzifələrindən biri də iş yerlərində əməyin mühafizəsi və təhlükəsizliyidir.
İyunun 16-18-də “Marsol” MMC-nin və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə keçirilən sərgidə institutun potensialı, fəaliyyəti, alimlərin 100 il ərzində yaratmağa çalışdıqları elmi metodlar nümayiş etdirilib.
Elmi-Tədqiqat İnstitutu Fövqəladə Hallar Nazirliyi və Dövlət Agentliyinin dəstəyi ilə müasirləşdirilmiş avadanlıqların təqdimatını keçirib, fəaliyyətini videoformatda paylaşıb. İnstitutun mütəxəssisləri yeni açılan və ixtisasartırma kursları üzrə xidmət göstərən, kursu bitirməyi təsdiq edən xüsusi sənədi verən yeni açılan tədris mərkəzi haqqında sərgi iştirakçılarına məlumat veriblər.
İnstitutun sərgidə iştirakının məqsədi fəaliyyətimizin geniş şəkildə təqdim edilməsi, o cümlədən biznes tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişafı, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.