AZDEMTTETİ mütəxəssisləri tərəfindən Qazax Sement Zavodu” MMC-yə baxış keçirilib

12 İyul, 2024
AZDEMTTETİ  mütəxəssisləri tərəfindən Qazax Sement Zavodu” MMC-yə baxış keçirilib

İnstitutun mütəxəssisləri, “Yerin təkinin mühafizəsi və dağ-mədən obyektlərinin fəaliyyətinin təhlükəsizliyinin tədqiqi laboratoriyası”nın elmi işçisi Həsənli Seymur Teymur oğlu və “Yükqaldırma və quraşdırma işlərinin təhlükəsizliyi laboratoriyası”nın elmi işçisi Umudov Ədalət Şəfahət oğlu Qazax rayonu, Daş Salahlı kəndində yerləşən “Qazax Sement Zavodu” MMC-yə məxsus 54 ədəd qurğu və avadanlığa (10 ədəd lentli konveyer, 10 ədəd elavator, 10 ədəd filtr, 3 ədəd dəyirman, 3 ədəd qırıcı, 14 ədəd hava tutumu, 3 ədəd körpülü kran, 1 ədəd soba) vizual baxış keçirilmiş, texnoloji əməliyyatlar praktiki müşahidə olunmuş, mövcud olan sənədlər araşdırılmış, mütəxəssislərlə istismar zamanı texniki təhlükəsizliyin təmin edilməsi barədə fikir mübadiləsi aparılmış, həmçinin işçi sahədə fotoşəkillər çəkilmişdir.

Paylaş: