Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici dəstələri mütəmadi olaraq İnstitutda “Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi normaları və qaydalarının öyrənilməsi” fənni üzrə təlim kursu keçiblər.
Onlayn təlim kursu 18-21 iyul tarixlərində keçirilib və kursda Gəncə Regional Mərkəzinin və Gəncə şəhərində yerləşən N saylı hərbi hissənin 47 nəfər xilasedicisi iştirak etmişdir.
Təlimi aparıcı təlimçilərimiz Zemfira Şahmarova, Vüqar Xəlilov, Almaz Rəhimova, Zülfü Hüseynov, Aşır Məmmədov aparıblar.
FHN şəxsi heyətinin bilik və bacarıqlarının daimi inkişafı üzrə çalışırıq.