Uzun illərin fasiləsindən sonra geniş tərkibli müəlliflərin iştirakı ilə neft və qaz quyularının ləğvində yaranan problemlər, yanğın partlayış təhlükəli pirofor dəmir sulfidlərinin dezaktivasiyası, buxar qazanlarında baş verə biləcək qəzalar və onların qarşısının alınmasına yönəlmiş tədbirlər, yeraltı qaz anbarlarında qazların nəqlə hazırlanması və ətraf mühitin mühafizəsinin tədqiqi, müəssisələrdə əməyin təhlükəsizliyi sisteminin effektivliyinin tədqiqi, metaləritmə sobalarının istismarı zamanı yaranan problemlərin araşdırılması, tənzimlənən drosselin tıxac düyününün təkmilləşdirməklə işqabiliyyətinin yüksəldilməsi, Azərbaycanda lift təsərrüfatının müasir vəziyyəti və inkişaf perspektivləri mövzusunda elmi-tədqiqat işlərinin nəticələri əks olunmuşdur. Əldə olunmuş elmi-tədqiqat işlərinin nəşri ilə bağlı müəllifləri və İnstitutun kollektivini səmimi qəlbdən təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.