İnstitutun “Neftqazçıxarmada təhlükə potensiallı obyektlərin təhlükəsizliyinin analizi, profilaktiki tədbirlərin işlənilməsi və proqnoz-modelləşdirmə şöbəsi”-nin Elmi işçisi Rəcəbli Cəvahir Bəxtiyar qızı 5-6 dekabr 2023-cü il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ARETN) Neft və Qaz İnstitutu, Gənc alim və mütəxəssislərin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransında iştirak etmişdir. O, konfransın “Neft və qaz yataqlarının işlənməsi və quyu qazma texnologiyaları” elmi sessiyasında “Problems arising during the abandonment of oil and gas wells” adlı tezislə çıxış etmişdir. Sonda Rəcəbli Cəvahir Bəxtiyar qızı elmi-praktiki konfransda fəal iştirakına görə sertifikatla təltif olunmuşdur.