QƏLƏBƏ SƏNİNLƏDİR, AZƏRBAYCAN ƏSGƏRİ!

05 Noyabr, 2024
QƏLƏBƏ SƏNİNLƏDİR, AZƏRBAYCAN ƏSGƏRİ!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar qazandı.

 

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu doğma torpaqları düşmən işğalından azad etdi.

 

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

 

Qələbə sevincini bizə yaşadan əsgərlərimizə təşəkkür edir, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.

 

Zəfərin mübarək, Azərbaycan!

Paylaş: