Neft quyularının texniki təhlükəsizlik baxışları

23 Avqust, 2024
Neft quyularının texniki təhlükəsizlik baxışları

“Neftqazçıxarmada təhlükə potensiallı obyektlərin təhlükəsizliyinin analizi, profilaktiki tədbirlərin işlənilməsi və proqnoz – modelləşdirmə şöbəsi” ölkədə neft-qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər ilə müqavilə əsasında əməkdaşlıq edir.

Şöbəmiz neftqazçıxarma sənayesində işlərin təhlükəsiz görülməsi üçün vacib olan qaydaların və normaların tələblərinə uyğun olaraq ekspertizanı həyata keçirir.

Hal hazırda şöbə quyuların başqa horizonta qaytarılması, quyuların ləğv olunması, quyuların ləğvdən bərpa olunması, təkrar izolə-ləğvetmə işlərinin aparılması, quyuların konservasiyaya qoyulması sənədlərinin və quyuların qazılması üçün layihə sənədlərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu müəyyənləşdirərək ekspertiza rəyinin tərtib olunması ilə məşğuldur.  

Texniki təhlükəsizliyə dair ekspertizanın aparılması zamanı şöbə tərəfindən əsasən “Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları”, “Quyuların ləğvi, konservasiyası, yan lülələrin qazılması və başqa horizontlara qaytarılması üzrə təlimat” və “Dənizdə neft və quyularının tikintisinin vahid texniki qaydaları” sənədlərindən istifadə olunur.

Paylaş: