Təhlükə potensiallı obyektlərin dağıdıcı və dağıdıcı olmayan üsullarla
diaqnostikası şöbəsinə lazım olan avadanlıqlar barədə məlumat
Magnaflux Y8 markalı maqnit defektoskopu
Magnaflux Y8 maqnit defektoskopu portativ elektromaqnit olub akkumlyator batareyasından qidalanır. Bu defektoskop çiyindən asılan əlverişli qayış ilə təchiz edilir ki, bu da çöl şəraitində maksimal mobilliyi və rahatlığı təmin edir. Defektoskopun akkumlyator batareyasından qidalanması sənaye elektrik cərəyanı mənbələrindən uzaq olan yoxlama yerlərində, hündürlüyü böyük olan avadanıqların-çənlərin, şaquli və vertikal tutumların, yükqaldırıcı kranların, qaldırıcı qurğuların və s. təhlükə potensiallı avadanlıqların defektoskopiya işlərinin yerinə yetirilməsində, həmçinin digər hündürlüklərdə görülən defektoskopiya işlərində əlverişli şərait yaradır.
Batareyalı qida mənbəyinin əsas xarakteristikaları aşağıdakılardır:
- Gərginlik: 6 Volt
- Tutumu: 12 Amper/saat
- Cərəyan şiddəti: 1.5 Amper
- Qaldırıcı qüvvə: 22.5 kq (qütblərarası məsafə 140mm olduqda)
- İşçi maqnit sahəsi: Sabit(DC)
- Akkumlyator batareyası üçün yükləmə qurğusu: Giriş:230V;50/60 Hs
- Çıxış:6.85/7.25V,2A sabit cərəyan
- Maksimal yoxlama zonası-250mm
Akkumlyator batareyası 8 saat ərzində cihazın qidalanmasına imkan verir.Cihaz ASMEV bənd 7, ASTM E 709,ASTM E 1244,BS 6072-1981 standartlarına uyğundur.