İnstitutun böyük elmi işçisinin məqaləsi dərc olunub

19 Sentyabr, 2024
İnstitutun böyük elmi işçisinin məqaləsi dərc olunub

AzDƏMTTETİ-nin böyük elm işçisi, doktorant, Məmmədov Qurban Müşfiq oğlunun “Obyektlərin ikiölçülü binar təsvirlərinin miqyasdan və firlanmadan invariant olaraq tanınması” adlı məqaləsi Azərbaycan Milli Aerokosmik Agentliyinin xəbərləri (Cild 25 №2) jurnalında dərc olunub.

 

Qeyd edək ki, Azərbaycan Milli Aerokosmik Agentliyinin xəbərləri jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısındadır. Elmi-tədqiqat işi jurnalın İnformasiya-Ölçmə Sistemləri bölməsinə aiddir və Təsvirləri Tanıma sahəsindən bəhs edir.

 

Elmi-tədqiqat işinin məqsədi oxşar və ya yaxın obyektlərin tanınması zamanı obyektlərin fırlanma və miqyas dəyişməsinə invariant tanınma səhihliyinin artırılmasıdır. Buna görə də obyektlərin affin çevrilmələrinə invariant olan alqoritm təklif edilib. Təklif olunan metodika hava hücumundan müdafiə sistemlərində tətbiq oluna bilər.

Paylaş: