“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”

19 Oktyabr, 2024
“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”

2016-cı il 24 oktyabr tarixində Respublikamızda "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları" qüvvəyə minib. Bu qaydalar hündürlükdə işlərin təşkili və həyata keçirilməsi zamanı işlərin təhlükəsizliyinin təmin edilməsini tənzimləyir.

Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək müqaviləsi bağlamış təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərə şamil edilir.

Hündürlükdə görülən işlərə aşağıdakılar aiddir:

- işçinin 1,8 m və daha çox hündürlükdən yıxılma təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər;

- işçinin üfüqi səthə nisbətən mailliyi 75 dərəcədən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən işlər;

- hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən işlər;

- su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən yıxılması mükünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər.

 

Qaydaların tələbinə əsasən hündürlükdə işlərə buraxılmazdan öncə işçilərə hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsulları öyrədilməli, bilik yoxlamasından keçməlidirlər. Bilik yoxlamasından keçmiş işçilərə qaydalara uyğun hündürlükdə işlərə buraxılış haqqında vəsiqə təqdim edilir. Bilik yoxlamasından keçməyən və müvafiq vəsiqəsi olmayan işçilər hündürlükdə işlərə buraxılmırlar.

 

Sizi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda təşkil edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik” təlimlərinə dəvət edirik.

Paylaş: