FHN-in İnstitutunda ən müasir standartlara cavab verən təlim-tədris kursları təşkil edilir (video)

28 Fevral, 2024
FHN-in İnstitutunda ən müasir standartlara cavab verən təlim-tədris kursları təşkil edilir (video)

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi–Tədqiqat İnstitutu tərəfindən müxtəlif peşə istiqamətləri, həmçinin əməyin mühafizəsi, texniki təhlükəsizlik norma və qaydaları üzrə aşağıdakı təlim-tədris kursları təşkil edilir:

Peşə istiqamətləri üzrə;

• Qaynaqçı

• Qazanxana operatoru

• Müxtəlif tipli kranların operatorları

• İlməkçi

• Siqnalçı

• Yanacaqdoldurma məntəqəsi operatoru

• Lift bələdçisi

• Qazmaçı

• Daşqıran qurğu operatoru

• Çəngəlli yükləyici operatoru peşələri



Əməyin mühafizəsi, texniki təhlükəsizlik norma və qaydaları üzrə;

• Hündürlükdə iş zamanı texniki təhlükəsizlik

• Yükqaldırıcı kranların təhlükəsiz istismarı

• Təzyiq altında işləyən qabların təhlükəsiz istismarı

• Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında texniki təhlükəsizlik

• Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı vasitəsi ilə daşınmasında texniki təhlükəsizlik

• Qapalı sahəyə giriş

• Hündürlükdən xilasetmə

• Qapalı sahədən xilasetmə

Kursları müvəffəqiyyətlə bitirən şəxslərə dövlət və özəl, o cümlədən xarici şirkətlər tərəfindən qəbul edilən sertifikat təqdim edilir.

Təlim kurslarında iştirak etmək istəyən şəxslər bütün telefon operatorlarından *1120 qısa nömrəsinə zəng etməklə əlavə məlumat əldə edə bilərlər.

Qeyd edək ki, İnstitut nüfuzlu ISO 9001 Keyfiyyət idarəetmə sistemi, ISO 14001 Ətraf mühitin mühafizəsi idarəetmə sistemi və ISO 45001 Sağlamlığın mühafizəsi, əməyin təhlükəsizliyi idarəetmə sistemi kimi beynəlxalq sertifikatlara və AZS ISO 17020:2021 sertifikatına layiq görülüb.

Paylaş:
video