“ER-Company” MMC-yə məxsus zavodun elektrik stansiyasında elektrik avadanlıqlarının torpaqlanması sınağı keçirilib

21 Avqust, 2024
“ER-Company” MMC-yə məxsus zavodun elektrik stansiyasında elektrik avadanlıqlarının torpaqlanması sınağı keçirilib

Mühafizə torpaqlanması, elektrik təhlükəsizliyi baxımından elektrik avadanlıqlarının normal rejimdə gərginlik altında olmayan metal gövdələrinin yerlə birləşdirilməsidir. Bu tədbir sayəsində insanların elektrik cərəyanından mühafizəsi yerinə yetirilir. Yerləbirləşdirmə müqavimətinin qaydalar üzrə müvafiq norması (380/220 V-luq şəbəkələrdə 4 Om-dan çox olmayaraq) olduğu üçün əməkdaşlarımız torpaqlama qurğusunun müqavimətini  ölçürlər.

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “ER-Company” MMC-yə məxsus zavodda elektrik avadanlıqlarının və elektrik stansiyasının torpaqlama xəttinin torpaqlama müqavimətini ölçüblər.

Fluke 1664 FC aparatından istifadə etməklə aparılmış ölçmə nəticəsində müvafiq protokolun tərtib olunmasından sonra texniki təhlükəsizlik üzrə ekspertiza rəyləri tərtib ediləcək.

Paylaş: