AzDƏMTTETİ tərəfindən zərərli amillərin alət ölçmələri və əmək şəraitinin tədqiqatı aparılıb

14 Noyabr, 2024
AzDƏMTTETİ tərəfindən zərərli amillərin alət ölçmələri və əmək şəraitinin tədqiqatı aparılıb

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun Radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyasının müdiri Etibar Yusifli və texniki Sənan Əsqərov tərəfindən Cənub Regional Mərkəzində iş yerlərinin attestasiyası zamanı işçilərə mənfi təsir göstərə biləcək zərərli amillərin alət ölçmələri və əmək şəraitinin tədqiqatı aparılıb.

 

Görülən işlərin məqsədi işçilərin əmək şəraitinin yaxşılaşdırılması və baş verə biləcək mümkün peşə xəstəliklərinin qabaqcadan müəyyən edilməsinə yönəlib.

 

Paylaş: