Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri, “Fövqəladə Hallarla bağlı vasitələrin konstruksiya edilməsi və elmi-texniki ekspertiza şöbəsi”nin konstruktoru Buğdayev Ayhan,“Yükqaldırma və quraşdırma işlərinin təhlükəsizliyi laboratoriyası”nın elmi işçisi Umudov Ədalət və “Elektrotexniki avadanlığın təhlükəsizliyi və süni işıqlandırma laboratoriyası”nın elmi işçisi Hüseynov Zülfü tərəfindən Xəzər dənizində yerləşən stasionar dəniz özülündə istismarda olan 55 adda 117 ədəd avadanlığa vizual baxış keçirilib, qazma və istismar üzrə mütəxəssisləri ilə birgə texniki təhlükəsizliyin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb və texnoloji əməliyyatlar müşahidə olunub. Bundan əlavə ekspertiza üçün zəruri sənədlər araşdırılıb, həmçinin işçi sahədə avadalıqların fotoşəkilləri çəkilib.
Yekunda əldə olunmuş məlumatlar əsasında Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən ekspertizadan keçirilərək rəylərin verilməsi nəzərdə tutulur.