AzDƏMTTETİ-nin əməkdaşları tərəfindən “Balaxanı-Sabunçu-Ramana” yatağında yerləşən quyulara baxış keçirilib

14 Sentyabr, 2023
AzDƏMTTETİ-nin əməkdaşları tərəfindən “Balaxanı-Sabunçu-Ramana” yatağında yerləşən quyulara baxış keçirilib

«Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının İnsitituta ünvanladığı 01 avqust 2022-ci il tarixli ƏK09/755 nömrəli və 16.08.2022-ci il tarixli ƏK09/841 nömrəli məktublarına əsasən rəsmiləşdirilmiş 19 avqust 2022-ci il tarixli, TEX-22/612-01 nömrəli müqaviləyə uyğun olaraq şirkətin “Balaxanı-Sabunçu-Ramana” yatağında yerləşən 1292, 3597, 3627, 3949, 2454, 3275, 3951, 3975, BO-8, 32120 saylı quyuların yuxarı horizonta qaytarılması sənədlərinin texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu barədə ekspertiza rəylərinin hazırlanması məqsədi ilə, institutun “Neftqazçıxarmada təhlükə potensiallı obyektlərin təhlükəsizliyinin analizi, profilaktiki tədbirlərin işlənməsi və proqnoz-modelləşdirmə şöbəsi”-nin böyük elmi işçisi Qənbərov Əli Rafiq oğlu və elmi işçisi Camallı Orxan Ağaəli oğlu tərəfindən həmin quyulara baxış keçirilib. Baxış zamanı yuxarıda qeyd olunan 10 ədəd quyu ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparılıb, quyuların vizual baxışı keçirilib, zəruri olan texniki sənədlər əldə edilib və iş sahələrində fotoşəkillər çəkilib.

Paylaş: