AzDƏMTTETİ-nin əməkdaşları "Küləyə qalib gəl" şüarı altında təşkil edilən "Bakı Marafonu 2023" də iştirak etdilər.

10 May, 2024
AzDƏMTTETİ-nin əməkdaşları "Küləyə qalib gəl" şüarı altında təşkil edilən "Bakı Marafonu 2023" də iştirak etdilər.

Heydər Əliyev fondunun təşəbbüsü ilə Bakıda 6-cı Bakı Marafonu keçirildi. "Küləyə qalib gəl" şüarı altında təşkil olunan marafon 21 km qaçış zonasını əhatə edirdi. 
Sağlam həyat tərzinin təbliğinə dəstək olmaq, öz gücünü sınamaq və həmçinin küləyə qalib gəlmək üçün bu marafona 19000- dən çox insan qoşuldu. İştirakçılar arasında Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak etdi. Əməkdaşlardan Babayev Şahbaz, Ağalarova Aytən, Sovet İmanov,  Edqar Qazıxanov, Əli Qənbərov, Həsən Balayev İnstitutu təmsil etdi. Bütün əməkdaşlar "start" xəttindən başlayaraq "finish" xəttinə qədər uğurla gəlib çatdı.

Paylaş: