AzDƏMTTETİ-nin böyük elmi işçisinin ixtirası WİPO tərəfindən təsdiqlənib

10 Oktyabr, 2024
AzDƏMTTETİ-nin böyük elmi işçisinin ixtirası WİPO tərəfindən təsdiqlənib

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi, doktorant Qurban Məmmədovun ideya müəllifi olduğu ixtirası Ümümdünya Əqli Mülkiyyət Təşkilatı (WİPO- World İntellectual Property Organization) tərəfindən öz təsdiqini tapıb. Gənc tədqiqatçının müəllifi olduğu “Mayelərin sıxlığını və özlülüyünü ölçmə üsulu” adlı ixtirası nəzarət-ölçmə cihazları və avtomatika sahəsində “sənayedə tətbiq və yenilik” meyarlarına cavab verərək beynəlxalq ixtiralar bazası olan PATENTSCOPE-da dərc olunub. PCT/AZ2021/000002 beynəlxalq nömrəli ixtira-ölçmə texnikası sahəsinə aid olub, elmi təcrübədə, neft, kimya və sənayenin digər sahələrində maye mühitlərin fiziki və fiziki-kimyəvi xassələrinin tədqiqində, tibbdə müxtəlif təyinatlı mayelərin nəzarət və diaqnostikasında istifadə oluna bilər.

 

İxtiranın məqsədi mayelərin sıxlığını və özlülüyünü ölçmə dəqiqliyininin artırılmasından ibarətdir.

 

Qeyd edək ki, bu il ərzində gənc tədqiqatçının artıq ikinci beynəlxalq ixtirasıdır.

Paylaş: