Ümumidünya Əməyin mühafizəsi günü Azərbaycanda 2003-cü ildən Beynəlxalq əmək təşkilatının köməyi ilə ölkədə əməyin mühafizəsi mədəniyyəti ideyalarını təbliğ etməyə başladığı vaxtdan bəri hər il aprelin 28-də qeyd edilir.
Bu baxımdan Müstəqil Azərbaycan Respublikasının elmi-texniki tərəqqisi yolunda xüsusi yeri və rolu olan, qocaman elm ocaqlarından biri Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu yarandığı vaxtdan insan amilini əsas götürərək əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə ixtisaslaşmaqla böyük inkişaf yolu keçmişdir.
İnstitut hər bir zaman istehsalat sahələrində işçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması üçün böyük işlər həyata keçirmiş və keçirməkdədir.
Bu sahə üzrə İnstitutun Sənayedə Sanitariya və gigiyena laboratoriyasının mütəxəsisləri tərəfindən daim iş yerlərinin atestasiyası həyata keçirilir.
Burada əsas məqsəd iş yerlərində insanların sağlamlığına zərər vura biləcək amillərin vaxtında aşkar edilməsi və qarşısının alınması üçün görüləcək tədbirlərin müəyyən edilməsidir. Eyni zamanda praktiki işlərin həyata keçirilməsi ilə yanaşı istehsalat sahələrində müvafiq peşələrə uyğun olaraq Əməyin mühafizəsi üzrə İnstitut tərəfindən hazırlanmış Qaydalar, Təlimatlar işçilərin maarifləndirilməsində əsas rol oynayır.
İnstitut Əməyin Mühafizəsi üzrə müasir tələblərə cavab verən Beynəlxalq norma və standartların tətbiq olunmasında Beynəlxalq şirkətlərlə daim əməkdaşlıq edir və hər zaman olduğu kimi novator rolunu oynayır.
Ümumidünya Əməyin mühafizəsi günü Respublikanın şəhər və rayonlarında qeyd olunduğu kimi, 28 aprel tarixi İnstitutda da xüsusi gün olaraq proqram çərçivəsində təntənəli sürətdə qeyd olunur.