17 mart 2023-cü il tarixdə 2022-2023-cü illər üzrə İnstitutun fəaliyyəti ilə əlaqədar hesabata və Novruz bayramına dair İnstitutun bütün əməkdaşlarının da iştirakı ilə iclas təşkil edilmişdir.
İclası İnstitutun direktoru Məmməd Bağır-zadə açıq elan edərək müvafiq hesabatların təqdim olunması üçün İnstitutun aidiyyəti şəxslərinə söz verdi. İnstitutun baş mühəndisi Saməddin Qəhrəmanov, baş mütəxəssisi Elçin Orucov hesabatlarını təqdim edərək əvvəlki dövrlərlə müqayisədə 2022-2023-cü illər üzrə İnstitutun fəaliyyətinin çox yüksək səviyyədə həyata keçirildiyini, İnstitutun həm maddi texniki bazasının yenilənməsi və müasirləşməsi, həm də təmir və yenidən qurma işlərində aparılan sürətli işlər barədə geniş hesabatlarını direktor başda olmaqla iclas iştirakçılarına təqdim etdi.
İclasda həmçinin İnstitutun direktor müavini Pənah Süleymanov çıxış edərək 2023-cü ilin Ulu Öndər Heydər Əliyev ili elan olunduğunu iclas iştirakçılarının diqqətinə çatdıraraq, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Respublikasının daxili və xarici siyasətində apardığı uğurlu siyasət və hazırda onun davamçısı Ali Baş komandan İlham Əliyev tərəfindən aparılan uğurlu siyatə barədə geniş çıxış etdi. Daha sonra direktor müavini Kəramət Abdullayev də öz fikirlərinin tədbir iştirakçıları bölüşdü.
Sonda iclası direktor Məmməd Bağırzadə bağlı elan edərək tədim edilən hesabatın qənaətbəxş olduğunu bildirdi və bütün kollektivə təşəkkürünü bildridi.