Uşaqlarınızın qayğısız əyləncəsinə zəmanət veririk

12 Oktyabr, 2024
Uşaqlarınızın qayğısız əyləncəsinə zəmanət veririk

 

AzDƏMTTETİ-nin “Təhlükə potensiallı obyektlərin dağıdıcı və dağıdıcı olmayan üsullarla diaqnostika şöbəsi” qaldırıcı qurğuların alət və avadanlıqların, çənlərin, yükqaldırıcı kranların, parklarda insanlara xidmət göstərən attraksionlarda müqavilə əsasında diaqnostika işləri  aparır.

Attraksionlar istismar zamanı insanların təhlükəsizliyinin qorunması üçün dövri olaraq yoxlanılmalıdır. Yoxlama attraksionların metal konstruksiyası, hərəkət mexanizmləri, sərnişinlərin minib düşmə meydançası, oturacaqlar və təhlükəsizlik kəmərləri, onların gövdəyə bərkidilməsi yerlərində aparılır.

 

Bununla bağlı institut tərəfindən 12.10.2022-ci il  tarixində Nərimanov parkı ərazisində yerləşən “Korsan” markalı attraksionda diaqnostika işləri aparılıb.

Paylaş: