TWI ilə əməkdaşlıq çərçivəsində təlim keçirilib

21 Oktyabr, 2024
TWI ilə əməkdaşlıq çərçivəsində təlim keçirilib

AzDƏMTTETİ və TWI şirkəti ilə ikitərəfli əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün Hamidreza Saadat tərəfindən “Təzyiq altında olan avadanlıqların ümumi inspeksiyası və qiymətləndirilməsi" mövzusunda təlim keçirilib.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nazarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) və “TWI TURKEY MÜHENDİSLİK TİCARET LTD” şirkətinin Azərbaycan Nümayəndəliyi (TWI) arasında Anlaşma Memorandumu imzalanıb.

 

AzDƏMTTETİ və TWI arasında imzalanan Anlaşma Memorandumunda əsas məqsədi iki qurum arasında sənaye ve dağ-mədən sahələrində texniki təhlükəsizliyin və əməyin mühafizəsinin təmin edilməsi üzrə elmi-texniki, metodiki xidmətlərin göstərilməsində, həmçinin texniki normativ hüquqi aktların və digər sənədlərin hazırlanması istiqamətlərində davamlı əməkdaşlığın qurulmasıdır.

 

Memorandum çərçivəsində TWI şirkəti AzDƏMTTETİ-nin fəaliyyət istiqamətləri üzrə birgə proqramların hazırlanmasında, beynəlxalq dəstək proqramlarında, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq çağırışlarının reallaşdırılmasının təmin edilməsində AzDƏMTTETİ-yə dəstək göstərəcək. Bundan əlavə, tərəflər əməkdaşlığın inkişafına töhfə verə biləcək birgə konfrans və seminarların təşkili, kadr hazırlığı üçün təlim və mentorluq dəstəyinin təmin edilməsi üçün qarşılıqlı təcrübə mübadiləsini təmin edəcəklər.

Paylaş: