24.09.2025-ci ildə AzDƏMTTETİ-də elmi şuranın iclası keçirilmiş və tematik iş planına uyğun olaraq şöbə və laboratoriyalarda elmi-tədqiqat işlərinin gedişatı müzakirə olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş “Təbii və texnogen xarakterli fövqəladə halların analizi və onların təsirinin azaldılmasının müasir metodlarının işlənməsi” mövzusunda Beynəlxalq Elmi-praktiki onlayn formatlı konfransın keçirilməsi barədə fikir mübadiləsi aparılmışdir.