Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu
tərəfindən həyata keçirilən “Təhlükəsiz Məktəb” Sosial Layihəsi çərçivəsində
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayil və Zəngilan rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə əməkdaşlıq əsasında Zəngilan rayonunun Ağalı kəndinin “Ağıllı kənd” məktəbinin şagirdləri üçün Ulu öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş Maarifləndirici təlim təşkil olunub.
28 May 2023-ci il Azərbaycan Müstəqillik günündə keçirilən bu tədbir həmçinin “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin rəsmi açılışının birinci ildönümünə təsadüf etdi.
Layihənin məqsədi: “Bir hadisənin qarşısını almaq, onun nəticəsinin aradan götürməkdən daha asandır.” (H.Əliyev)
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Məktəblilərə
- Əmək təhlükəsizliyinin əhəmiyyəti;
- Qaz təhlükəsizliyi;
- Yanğın təhlükəsizliyi;
- Liftdən istifadə qaydaları;
- Elektrik təhlükəsizliyi;
- İlk yardım anlayışı mövzularında ətraflı məlumat və tədbiqi üzrə ilkin bacarıqlar barədə danışıldı.
“Təhlükəsiz Məktəb” Sosial Pilot Layihəsinin bu tədbirindən “Ağıllı kənd”inin 100-ə qədər məktəbli və müəllim heyəti faydalandı. Üşaqlara 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində hədiyyələr verildi, sağlamlıq və ətraf mühitinin qorunması üçün əhəmiyyət kəsb edən yaddaş vərəqələri, praktiki tövsiyələri əks etdirən çap materialları paylanıldı, sertifikatlar təqdim olundu. Məktəb heyəti isə maarifləndirici layihənin dəstəyinə görə dəyərləndirici nişanla təltif olundu.
Təlimçi heyətə isə müasir həyat standartlarının sosial dəyərlərinə əsaslanan inkişafının rəmzi olan “Ağıllı kənd”in qürur verən şərait və nailiyyətləri nümayiş edildi.
Uğurla həyata keçirilən tədbirin təşkilatçılığında “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım İlhamiyyə Rza və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayil və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Ceyhun Həsənovun dəstəyi və qonaqpərvərliyi yüksək dəyərləndirildi və əməkdaşlığın davamlı olması arzulandı.