Təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınaq proseduru

14 Oktyabr, 2024
Təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınaq proseduru

AzDƏMTTETİ ilə "Azgerneft"  MMC arasında bağlanmış müqavilə üzrə 14 oktyabr 2022-ci il tarixində "Maşınqayırma və metallurgiya sənayesində təhlükəsizlik problemləri şöbəsi"-nin müdiri Qurbanov Hikmət və həmin şöbənin texniki Manafov Orxan tərəfindən "Azgerneft" MMC-nin balansında olan 1 ədəd dorun (MESN-15x15 tipli eklips) təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınağı keçirilib.

 

Təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınaq proseduru nə üçün lazımdır?

 

Hər hansı bir obyekt (istehsal prosesləri üçün təyin olunan) qüsurların, nasazlıqların müəyyən edilməsi üçün dövlətin müntəzəm qiymətləndirilməsinə tabedir. Təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınaq proseduru obyektlərin istehsal proseslərini dayandırmadan həyata keçirilir ki, bu da sınaq zamanı maliyyə itkilərinin yaranmamasına imkan verir.

 

Əsas məqsədlər:

 

İstehsal risklərinin minimuma endirilməsi;

 

təhlükəsizlik və uyğunluq tələblərində mümkün nöqsanların proqnozu;

 

Obyektlərin xidmət müddətinin artırılması;

Paylaş: