Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi -Tədqiqat İnstitutunun
elmi ixtiraların reallaşmasında, analitik informasiyaların paylaşılmasında əhəmiyyətli rol oynayacaq “PROHİS” adlı jurnalın xüsusi buraxılışı qarşınızdadır. “PROHİS” Əməyin Mühafizəsi və Sənaye Təhlükəsizliyi Üzrə Məqalələr Toplusu jurnalı sənayedə təhlükəsizliyin bütün aspektlərini özündə birləşdirir. Jurnalımız COP29 tədbirinə həsr olunmuṣ mövzularla, həm sənaye təhlükəsizliyi və həm də elmlərin bütün sahələri üzrə araşdırmalar və təhlillər aparan tədqiqatçılara, alim, doktorant və magistrantlara öz elmi fikir, mülahizə və qənaətlərini geniş oxucu auditoriyası ilə bölüşmək imkanı yaradan bir platforma olacaqdır.