28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günüdür.
Beynəlxalq Əmək Təşkilatının təşəbbüsünə əsasən, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətini artırmaq məqsədilə 2003-cü ildən etibarən hər il bu tarix Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd olunur.
İnstitutumuz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında əldə etdiyi nailiyyətlərə görə sertifikatla təltif olunmuşdur.
Təhlükəsiz əmək – davamlı inkişafın əsasıdır.