İclasın əvvəlində Elmi Şura üzvləri Qarabağın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Elmi Şuranın gündəliyinin birinci məsələsi 2023-cü ilin birinci yarımilliyində İnistitutun Tematik iş planına uyğun olaraq, rəhbərlik etdikləri şöbə və laboratoriyalarda aparılan işlərin hesabatı. Məruzə etdilər:
-Neftqazçıxarmada təhlükə potensiallı obyektlərin təhlükəsizliyinin analizi, profilaktiki tədbirlərin işlənməsi və proqnoz-modelləşdirmə” şöbəsinin müdiri Yaşar Ələkbərov;
-Fiziki-kimyəvi tədqiqatlar laboratoriyasının müdiri Xəyal Əsgərov;
-Radiasiya sənayedə gigiyena və sanitariya laboratoriyasının müdiri Etibar Yusifli.
Elmi Şura üzvləri tərəfindən təkliflər verildi və münasibət bildirildi.
İnstitutun baş mühəndisi Saməddin Qəhrəmanov laboratoriyalarda avadanlıq və cihazların müasirləşdirilməsi istiqamətində aparılan işlərin vəziyyəti barəsində məruzə etdi. O, son zamanlar bu istiqamətdə aparılan işlərə baxmayaraq, müasir dövrün tələblərinə uyğun olan müayinə avadanlığına böyük ehtiyac olduğunu vurğuladı və bu məqsədlə aparıcı xarici şirkətlərlə qurulan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd etdi. Elmi Şura üzvləri bu məsələ barəsində fikirlərini bildirərək ehtiyac olan cihazların siyahısının tərtib edilməsini təklif etdilər.
Həmçinin, İnstitutun ali məktəblər və yaxın profilli elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığın səviyyəsi, peşəkar mütəxəssislərin və gənc kadrların elmi-tədqiqat işlərinə cəlb olunması.
İnstitutun saytında yaradılan “Elmi-tədqiqat işi”-nin (portalının) işi haqqında Elmi Şuranın sədr müavini, İnstitutun elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru dosent Pənah Süleymanov tərəfindən məlumat verildi.
İclasda gənc kadrların hazırlanmasının vacibliyi vurğulandı.
Elmi Şura üzvləri görülən işlərə münasibət bildirdilər və öz tövsiyələrində gələcək planlardan söz açdılar.