Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiya 31 oktyabr 2025-ci il tarixində "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin tabeli idarəsinin xidməti ərazisinin Bakı-Şamaxı magistral avtomobil yolunun 28-ci kilometrliyində yerləşən ərazidə təşkil olunub.
Tədbirin məqsədi ətraf mühitin qorunmasına töhfə vermək, yaşıllıq sahələrinin artırılmasına dəstək göstərmək, yaşıl və güclü Azərbaycan ideyasını təcəssüm etdirməkdən ibarət olub.
Aksiyada müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.