İclasda tematik iş planına uyğun olaraq şöbə və laboratoriyalarda aparılan elmi-tədqiqat işlərinin 2026-ci il üçün Elmi Şuranın iş planı müzakirə olundu və təsdiqləndi.
Həmçinin İnstitut tərəfindən 27 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş “Təbii və texnogen xarakterli fövqəladə halların analizi və onların təsirinin azaldılmasının müasir metodlarının işlənməsi” mövzusunda keçirilən elmi-praktiki onlayn konfransın nəticələri barədə məlumat verildi və davam etdirilməsi barədə qərar qəbul olundu.
Ali məktəblərin əməkdaşlığının gücləndirilməsi və istehsalat təcrübələrinin daha səmərəli aparılmasına dair tövsiyələr verildi.