AzDƏMTTETİ-nin mütəxəssi tərəfindən quyulara baxış keçirilib

08 Avqust, 2024
AzDƏMTTETİ-nin mütəxəssi tərəfindən quyulara baxış keçirilib

 

 

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə SOCAR “Azneft" İB-nin arasında bağlanmış 30.03.2022-ci il tarixli TEX-22/198-01 nömrəli müqavilənin icrası ilə əlaqədar 22 iyul 2022-ci il tarixli 0282/E №-li əmrə əsasən 23-24 iyul tarixlərində “Neftqazçıxarmada təhlükə potensiallı obyektlərin təhlükəsizliyinin analizi, profilaktiki tədbirlərin işlənməsi və proqnoz-modelləşdirmə şöbəsi”-nin müdiri Ələkbərov Yaşar Əlifağa oğlu “N. Nərimanov adına NQÇİ“-nin Tərtər yatağında yerləşən və ləğv olunmuş 25, 26, 36, 42, 59, 68, 70, 77, 83, 85, 130, 132 və 142 saylı quyulara baxış keçirmək məqsədi ilə həmin ərazidə olub.

 

Ezamiyyət zamanı “Azneft” İB-nə məxsus 13 ədəd quyu ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparılıb, quyuların vizual baxışı keçirilib, zəruri olan texniki sənədlər əldə edilib və iş sahələrində fotoşəkillər çəkilib.

 

Paylaş: