Məmmədova Tünzalə Rüstəm qızı Fəxri fərman ilə təltif edilib.

07 Mart, 2025
Məmmədova Tünzalə Rüstəm qızı Fəxri fərman ilə təltif edilib.

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun "Texniki plan şöbəsi"nin müdir müavini Məmmədova Tünzalə Rüstəm qızı xidməti fəaliyyətində fərqləndiyinə görə və 8 Mart Beynəlxəlq Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olunmuşdur. Biz bu gün, həmçinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə İnstitutumuzun bütün qadın həmkarlarını səmimi-qəlbdən təbrik edir, onların zəhmətini və əldə etdikləri uğurları yüksək qiymətləndirib onlara dərin hörmət və minnətdarlığımızı bildirir, həyatlarında hər zaman sevinc, sağlamlıq və uğurlar arzulayırıq.

Paylaş: