“National Examination Board in Occupational Safety and Health” şirkəti tərəfindən təsdiqlənmiş “Əməyin Təhlükəsizliyi” təlim kurslarına 2024-cü ilin yanvar ayından başlanılmışdır.

17 Yanvar, 2024
“National Examination Board in Occupational Safety and Health” şirkəti tərəfindən təsdiqlənmiş “Əməyin Təhlükəsizliyi” təlim kurslarına 2024-cü ilin yanvar ayından başlanılmışdır.

NEBOSH təsdiqli kurs artıq Azərbaycan dilində 

Azərbaycanda ilk dəfə azərbaycan dilində Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun “NEBOSH” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırladığı korporativ müştərilər üçün nəzərdə tutulan “Əməyin Təhlükəsizliyi” təlim kursu sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsində şəxsi, peşəkar və təşkilati inkişaf imkanlarını yaradır və əhəmiyyətli nəticələrə yönəldir.

“NEBOSH” şirkəti tərəfindən yaradılmış xüsusi effektiv proqram üslubuna əsaslanan təlim təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılır.

“Əməyin Təhlükəsizliyi” təlim kursu Azərbaycanda iş və həyat keyfiyyətinə müsbət təsir göstərmək üçün əməyin təhlükəsizliyi idarəetməsinin təkmilləşdirilməsi, iş yerlərində bədbəxt hadisələrin sayını azaltması ilə ümumi əməyin təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi və təşviq edilməsi məqsədlərinə xidmət edir.

Paylaş: