Kadr hazırlığı müəssisənin uğurlu fəaliyyəti üçün əsas amildir

06 Oktyabr, 2024
Kadr hazırlığı müəssisənin uğurlu fəaliyyəti üçün əsas amildir

Dünyada baş verən yeniliklər və sürətli texnoloji dəyişikliklər müəssisələrin daxili şərtlərini də dəyişməyə məcbur edir. Bu da əksər şirkətləri yeni şəraitdə işləmək, məhsuldarlığı və iş səmərəliliyini artırmaq üçün ixtisasartırma, yeni kadrların hazırlanması ehtiyacı ilə üzləşdirir. Kadr hazırlığı idarəetmə prosesinin əsas elementinə çevrilir.

 

Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu yüksək keyfiyyətlə təlimlər həyata keçirir və dövlət sertifikatı almaq imkanı yaradır.

 

İnstitutda təlim keçmək və sertifikat əldə etmək üçün daha bir imkan yaradılıb. Belə ki, indi təlimlər də daxil bütün ödənişləri Kapital Bank-ın Birkartından istifadə etməklə hissə-hissə ödəmək mümkündür.

Paylaş: