İnstitutunun əməkdaşları tərəfindən lift avadanlıqlarına baxış keçirilib

13 Oktyabr, 2024
İnstitutunun əməkdaşları tərəfindən lift avadanlıqlarına baxış keçirilib

AzDƏMTTETİ-nin əməkdaşları tərəfindən "Baku Boulevard Hotel Company" MMC-nin binasında quraşdırılmış 17 dəst sərnişin liftinə texniki təhlükəsizlik sertifikatlarının verilməsi ərəfəsində onların yerləbirləşmə müqaviməti ölçülüb və lift avadanlıqlarına baxış keçirilərək fotoşəkillər çəkilib.

Fluke 1664 FC aparatı ilə aparılmış ölçü işlərinin nəticələri əsasında müvafiq protokol tərtib edildikdən və lift avadanlıqları üzərindəki  birkalarda (məlumat lövhəciyi) olan texniki göstəricilər liftlərin pasportlarında qeyd edilən texniki göstəricilər arasında uyğunluq araşdırıldıqdan sonra texniki təhlükəsizliyə dair eskpertiza rəyləri tərtib ediləcəkdir. 

Paylaş: