İnstitut tərəfindən Sumqayıt Elektrik Stansiyasının əməkdaşları üçün təlim təşkil edilib

25 Avqust, 2024
İnstitut tərəfindən Sumqayıt Elektrik Stansiyasının əməkdaşları üçün təlim təşkil edilib

22-25 avqust 2022-ci il tarixlərində Azərbaycan  Respublikası “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti “Sumqayıt Elektrik  Stansiyasi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbər işçiləri və mütəxəssislərinə əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və qaydalarının öyrənilməsi üzrə təlim kursu İnstitutun mütəxəssisləri tərəfindən Stansiyanın ərazisində təşkil olunub. Sözügedən kurs ərzində dinləyicilərin diqqətinə elektrik təhlükəsizliyi və süni işıqlandırma, iş yerlərinin əmək şəraitinə görə attestasiyası, işçilərin mühafizə vasitələri (mv) ilə təmin edilməsi, kimyəvi təhlükəli obyektlərdə qəzalar və onların aradan qaldırılması, təhlükə potensiallı qurğu və avadanlıqların istehsal və sınaq prosesində texniki təhlükəsizliyin əsas istiqamətləri, təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında təhlükəsizlik tədbirləri və yükqaldırıcı kranların təhlükəsiz istismarı  mövzuları çatdırılıb. Kursun sonunda bilik yoxlamasında məqbul nəticə əldə etmiş iştirakçılar müvafiq şəhadətnamə ilə təmin edilirlər.

İnstitutda təşkil edilmiş digər təlim kursları barədə məlumatı İnstitutun www.azdemtteti.az saytından əldə edə bilərsiniz.

Təlim kurslarının İnstitutun inzibati binasında, sifarişçi müəssisənin ərazisində, eləcə də onlayn təşkil edilməsi mümkündür.

Paylaş: