Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) ilə birgə “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçiriləcək. Tədbir 14 dekabr 2024-cü il tarixində “Marriott Hotel Boulevard”-da baş tutacaq. Tədbir 3 paneldən ibarət olacaq:
Birinci paneldə ətraf mühitin mühafizəsi, həmçinin karbonsuzlaşdırma və bundan irəli gələn problemlərdən, eləcə də özəl təşkilatların üzərinə düşən öhdəliklər, normativ-hüquqi baza olaraq gələcəkdə qərar və qanunların verilməsi barədə bəhs ediləcək.
İkinci paneldə sağlamlıq və əməyin mühafizəsi, həmçinin texniki təhlükəsizlik və ətraf mühit barədə spikerlərin nitqləri, həm dövlət orqanlarının, həm də beynəlxalq təşkilatların nümayəndələri öz təcrübələrindən bəhs edəcək. İkinci paneldə, həmçinin yerli özəl şirkətlərin, kiçik, orta və böyük müəssisələrin nümayəndələri iştirak edəcək. Onların sağlamlıq və əməyin mühafizəsi üzrə mühəndis heyətləri, rəhbər heyətlər çıxış edəcək. Həmin paneldə onların qarşısına çıxan problemlərin həlli yolları müzakirə olunacaq və tövsiyyələri veriləcək.
Üçüncü paneldə isə HTC awards adlandırılan paneldir. Bu paneldə sağlamlıq, əməyin mühafizəsi və ətraf mühit üzrə ölkəmizdə fəaliyyət göstərən şirkətlərin mühim layihələri, innovativ həllər qiymətləndiriləcək və onların təşviq edilməsi və mükafatlandırılması həyata keçiriləcəkdir.