Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri üçün “Təhlükəsiz məktəb” sosial layihəsi həyata keçirilib.

07 İyun, 2024
Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri üçün “Təhlükəsiz məktəb” sosial layihəsi həyata keçirilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Əməyin Mühafizəsi və Təhlükəsiz Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən doğma Füzulimizdə yeni inşa olunmuş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb şagirdləri üçün 28 May “Azərbaycan Müstəqillik Günü” və 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Təhlükəsiz məktəb” sosial layihəsi həyata keçirilib. Sonda şagirdlərə hədiyyələr və sertifikatlar təqdim olunub.

Təlimdə, eləcə də FHN-nin "Qarabağ Regional Mərkəzi", "Xüsusi Riskli Xilasetmə Xidməti", "Dövlət Yanğından Mühafizə Xidməti", "Dövlət Yanğın Nəzarət Xidməti" praktiki və nəzəri təlim keçiriblər. Layihənin əsas məqsədi, Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır.”

Paylaş:



video