3 gün müddətində davam edən və böyük maraqla qarşılanan “Heydər Əliyev İli”nə və Fövqəladə Hallar Nazirliyi işçilərinin Peşə bayramı gününə həsr olunan “16 dekabr – peşə bayramımızdır” adlı tədbirimiz uğurla başa çatdı.

21 Dekabr, 2024
3 gün müddətində davam edən və böyük maraqla qarşılanan “Heydər Əliyev İli”nə və Fövqəladə Hallar Nazirliyi işçilərinin Peşə bayramı gününə həsr olunan “16 dekabr – peşə bayramımızdır” adlı tədbirimiz uğurla başa çatdı.

3 gün müddətində davam edən və böyük maraqla qarşılanan “Heydər Əliyev İli”nə və Fövqəladə Hallar Nazirliyi işçilərinin Peşə bayramı gününə həsr olunan “16 dekabr – peşə bayramımızdır” adlı tədbirimiz uğurla başa çatdı. İntellektual oyun formatlı komanda yarışmasında Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarından və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən  Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarından ibarət 18 komanda iştirak etmişdir. Yarışmada 1-ci yeri Baki Regional Mərkəzi,  2-ci yeri Fövqəladə Hallar Nazirliyi nəticələrinin aradan qaldırma işinin təşkili Baş İdarəsi, 3-cü yeri isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tutmuşdur. Bütün təşkilatçılar adından bu intellektual oyun yarışmasında iştirak edən komandalara öz təşəkkürümüzü bildirir, gələcəkdə ənənə halını alacaq bu tədbirin keçirilməsində fəal iştirak edəcəklərini arzu edirik. 
Sevinc hissi ilə bildiririk ki, bu yarışda qalib adını almış komandaların uğurlu çıxışları bir daha təsdiq etdi ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi peşəkarlıq səviyyələrini bir daha sübut edərək Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini daim minnətdarlıqla yada salırlar. Bir daha hamınızı yola salmağa hazırlaşdığımız Heydər Əliyev ilində olduğu kimi qarşıdan gələn Yeni ildə də diqqətəlayiq nailiyyətlər qazanmağınızı arzulayırıq.

Paylaş: