FHN-nin əməkdaşları 8-ci Bakı marafonunda

02 May, 2025
FHN-nin əməkdaşları 8-ci Bakı marafonunda

Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtda artıq 8-ci dəfə Bakı Marafonu təşkil olundu. “Küləyə qalib gəl” devizi ilə keçirilən bu tədbir iştirakçılara 21 kilometrlik qaçış marşrutu boyunca öz gücünü sınamaq imkanı yaratdı. Sağlam həyat tərzinin təşviqi və iradənin nümayişi məqsədi daşıyan marafona 20 000-dən çox iştirakçı qatıldı.

Qaçışda iştirak edənlər sırasında Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da yer aldı. İnstitutu təmsil edən Babayev Şahbaz, Mehdiyeva Lada, İmanov Sovet, Məmmədov Rafael və Hüseynov Ülvi marafonu uğurla başa vurdular – start xəttindən finişə qədər olan məsafəni qət edərək bu möhtəşəm idman bayramının fəal iştirakçılarına çevrildilər.

Paylaş:
video