Stasionar vışkalarda qüsurların aşkarlanması üzrə işlər görülüb

10 Avqust, 2024
Stasionar vışkalarda qüsurların aşkarlanması üzrə işlər görülüb

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Bahar Energy Operating Company Limited” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Hövsan rayonu Qum adası ərazisində yerləşən stasionar vışkalarda ultrasəs vasitəsilə qüsurların aşkarlanması üzrə işlər görüblər.

 

Qeyd edək ki, qüsurların aşkarlanması məhsulların qüsurlarını tapmaq üçün ultrasəs dalğalarından istifadə edən dağıdıcı olmayan sınaq üsulları toplusudur. Sonra alınan məlumatlar təhlil edilir, qüsurların forması, ölçüsü, baş vermə dərinliyi və digər xüsusiyyətlər aydınlaşdırılır. Bu həm də polad tökmələrin, qaynaq birləşmələrinin, tökmə çubuqların keyfiyyətini etibarlı və səmərəli şəkildə yoxlamağa imkan verir.

İşin sonunda Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən rəy verilir.

 

Paylaş: