AzDƏMTTETİ-nin mühəndisi tərəfindən fontan armaturlarının texniki vəziyyətinin öyrənilməsi və onların texniki sənədlərinin araşdırılması işləri aparılıb

29 Avqust, 2024
AzDƏMTTETİ-nin mühəndisi tərəfindən fontan armaturlarının texniki vəziyyətinin öyrənilməsi və onların texniki sənədlərinin araşdırılması işləri aparılıb

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun “Fövqəladə hallarla bağlı vasitələrin konstruksiya edilməsi və elmi-texniki ekspertiza şöbəsi”nin aparıcı mühəndisi Ayxan Buğdayev «Azneft» İB-ilə bağlanmış TEX-22/355-10 və TEX-22/260-02,10 nömrəli müqavilələr üzrə «28 May» NQÇİ-nin dənizdəki platformalarında ezamiyyətdə olub.

 

Ezamiyyətin məqsədi «28 May» NQÇİ-nin balansında olan 36 ədəd fontan armaturunun təhlükəsizlik baxımından texniki vəziyyətinin öyrənilməsi və onların texniki sənədlərinin araşdırılmasıdır.

 

Əldə olunan məlumatlar əsasında qeyd olunan fontan armaturlarının və texniki sənədlərinin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu barədə ekspertiza rəyi tərtib olunaraq onlara Təhlükəsizlik Sertifikatının verilməsi üçün Agentliyə göndəriləcək.

Paylaş: