AzDƏMTTETİ-nin əməkdaşları tərəfindən "Qala” istirahət mərkəzində defektoskopiya işləri görülüb

30 Avqust, 2024
AzDƏMTTETİ-nin əməkdaşları tərəfindən "Qala” istirahət mərkəzində defektoskopiya işləri görülüb

23.08.2022 – 24.08.2022-ci il  tarixlərində Sumqayıt şəhəri “Qala” istirahət mərkəzində fiziki şəxs Almas Bahadur qızı Nəcəfovaya məxsus 4 (dörd) ədəd attraksionda Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Təhlükə potensiallı obyektlərin dağıdıcı və dağıdıcı olmayan üsullarla diaqnostikası şöbəsinin əməkdaşları Qənbər Qasımov, Anar Qocayev və Emil İsayev tərəfindən defektoskopiya işləri görülüb.

 

T.Sn-22/597-15  16.08.22 tarixli müqaviləyə əsasən, məqsəd 4 (dörd) ədəd attraksionu defektoskopiyadan keçirmək və qüsurları aşkar etmək olub.

 

Attraksionların metal konstruksiyasının kritik qaynaq tikişləri və bolt birləşmərində defektoskopiya işləri aparılıb.

Aparılan yoxlama zamanı qüsur aşkar olunmadı.

 

Biz uşaqların və böyüklərin parklarda, attraksionlarda, uşaq meydançalarında və idman meydançalarında təhlükəsiz istirahətinin qayğısına qalırıq!

Paylaş: